Rusiyada 30 minə yaxın yeni yoluxma,


Dünya 23 Yan 2021 16:53:00 117 0

Rusiyada 30 minə yaxın yeni yoluxma,

Rusiyada koronavirusa yoluxanların sayı 3,69 milyonu keçib.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 20 921 nəfər virusa yoluxub, 559 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 698 273 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 68 971 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 109 315 şəxs virusdan sağalıb, 519 987 nəfərin müalicəsi isə davam edir.