Yaponiyada quş qripi yayılmaqda davam edir


Dünya 26 Noy 2020 09:19:00 143 0

Yaponiyada quş qripi yayılmaqda davam edir

Yaponiya hökuməti ölkənin sayca üçüncü prefekturasında quş qripinin yayılmasını qeydə alıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəliyin növbəti ocağı Yaponiyanın qərbindəki Hyoqo prefekturasının Avadzi şəhərində aşkarlanıb. Sanitar tədbirlər çərçivəsində prefektura rəhbərliyi yerli quşçuluq təsərrüfatındakı 146 minə yaxın toyuğu məhv etmək niyyətindədir.

Daha əvvəl Kaqava və Fukuoka prefekturalarında quş qripinin yayılmasını qeydə alınmışdı. Bununla əlaqədar olaraq, regionda ümumilikdə 1,2 milyondan çox toyuq məhv edilib.