“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu:


Dünya 26 Noy 2020 08:38:00 119 0

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu:

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru "Quli" ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında davaya səbəb olub.

Son.az oxu.az-a istinadən bildirir ki, Qulinin davamçısı - qardaşı Namiq Səlifov (Bakinski) dörd nömrəli tərəvəz bazasına yeni "nəzarətçi" təyin edib. Samir adlı şəxs Türkiyədən Rusiyaya gedib və yeni nəzarət bölgəsində yeni qaydalar qurub.

Nəticədə narazılıq artıb və tərəvəz anbarında "Pələng" ("Tiqr") kimi tanınan şəxs bıçaqla bazanın iki mühafizəçisini yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başladılıb.