Braziliyada "Boeing 7378 MAX" təyyarəsinin istifadəsi bərpa edilir


Dünya 26 Noy 2020 07:35:00 147 0

Braziliyada "Boeing 7378 MAX" təyyarəsinin istifadəsi bərpa edilir

Braziliya Milli Mülki Aviasiya Agentliyi (ANAC) iki qəzadan sonra istifadəsi təxminən il yarım əvvəl dayandırılan "Boeing 737-8 MAX" modelinin uçuşlarını bərpa etməyə icazə verdi.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə aviatənzimləyicisinin məlumatında ​​deyilir.

""Agentlik ABŞ-ın Federal aviasiya idarəsinin təhlükəsizlik məsələsini həll etmək üçün lazım olan bütün texniki və tənzimləyici elementlərin tətbiq olunduğu qiymətləndirilməsi ilə razılaşdı və 20 Noyabrda verilən uçuşa uyğunluq direktivini qəbul etdi" - məlumatda deyilir.

Bildirilir ki, hazırda ölkənin yalnız "Gol" aviadaşıyıcısı bu təyyarələrdən istifadə edir.