ÜST Çinə gedir COVID19un yaranma izlərini axtarmaq üçün


Dünya 25 Noy 2020 23:20:00 162 0

ÜST Çinə gedir  COVID19un yaranma izlərini axtarmaq üçün

Çin və Ümumdünya Səhiyyə Təşkilatı hazırda koronavirusun yaranma izlərini axtarmaq üçün ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyətinin Çinə səfər etmək imkanlarını müzakirə edirlər.

Son.az xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan brifinqdə bildirib.

"Koronavirusun mənşəyinin müəyyənləşdirilməsi elmi məsələdir. Hazırda dünyanın müxtəlif ölkələrindən mütəxəssislər bu barədə araşdırmalara başlayıblar. Amma koronavirusun ilkin mənbəyinin müəyyən edilməsi çox çətin prosesdir, bir çox ölkənin iştirakını tələb edə bilər", - diplomat əlavə edib.

ÜST artıq çinli həmkarları ilə məsafədən əlaqə quran və hadisə yerinə getməli olan beynəlxalq ekspert qrupu yaradıb. "Çinin hakimiyyət orqanlarının məlumat açıqlığı yaradacğına və onlarla səmərəli əməkdaşlığa ümid edirik", - ekspert deyib. /medicina.az