Böyük Britaniyaya gələn turistlərin karantin qaydalarına dəyişiklik olunub


Dünya 25 Noy 2020 21:45:00 140 0

Böyük Britaniyaya gələn turistlərin karantin qaydalarına dəyişiklik olunub

Böyük Britaniyaya gələn turistlərin karantin qaydalarına dəyişiklik olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə ki, dekabrın 15-dən sonra yüksək virus riskli ölkələrdən gələn sərnişinlərin beş günlük karantindən sonra koronovirus testindən keçməsinə və cavab mənfi olduqda səyahətlərinə davam etmələri açıqlanıb. Testdən keçmək istəməyənlər isə 14 gün ərzində özlərini təcrid etməli olacaqlar.

Dekabrın 15-dən ölkəyə təyyarə, bərə və ya qatarla səyahət edən şəxslər yeni qaydadan yararlana biləcəklər. Testdən keçmək istəyənlər müəyyən məbləğdə vəsait ödəyəcəklər.

"British Airways" şirkəti yeni qaydanı düzgün istiqamətdə atılmış əhəmiyyətli bir qərar kimi dəyərləndirib.