Türk qadın ABŞda prezident seçkilərində ilkə imza atdı


Dünya 25 Noy 2020 18:28:00 137 0

Türk qadın ABŞda prezident seçkilərində ilkə imza atdı

ABŞ-ın Nyu-Cersi ştatında yaşayan iş xanımı Dərya Taşkın 538 nümayəndədən ibarət Seçki Şurasına Demokratlar Partiyası adından təyin olunan ilk türk mənşəli qadın olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, həmin ştatda Co Bayden və köməkçisi Kamala Harris adına səs verəcək 14 nümayəndədən biri seçilib.

Taşkın 25 ildir ABŞ-da yaşayır və qalib olan Demokratlar Partiyasında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Amerika qanunlarına görə, seçkilərdə qalib gəlməsi üçün namizədlərdən biri seçilmiş nümayəndələrin yarısından çoxunun (538 nümayəndənin 270-nin) səsini almalıdır. Əgər bu olmasa, yəni namizədlərdən biri 50+1 nümayəndə səsini qazana bilməsə, o zaman yeni prezidenti Konqres seçir.