Məşhur rusiyalı aktyor koronavirusa yoluxub


Dünya 25 Noy 2020 17:44:00 118 0

Məşhur rusiyalı aktyor koronavirusa yoluxub

Məşhur rusiyalı aktyor Aleksandr Şirvindt koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, 86 yaşlı aktyor müalicəsini davam etdirir.

Onun xəstəliyi yüngül formada keçirdiyi deyilir. Bundan başqa, aktyorun həyat yoldaşı da COVID-19-a yoluxub. Cütlüyün həyatının təhlükədə olmadığı bildirilib.

Qeyd edək ki, Aleksandr Şirvindt karyerası ərzində 50-dən çox filmə çəkilib.