Rusiyada son sutkada 23 675 nəfər koronavirusa yoluxub, 507 nəfər ölüb


Dünya 25 Noy 2020 14:58:00 116 0

Rusiyada son sutkada 23 675 nəfər koronavirusa yoluxub, 507 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 23 675 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 2 162 503 nəfərə çatıb.

Son sutka ərzində 507 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 37 538 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.