Bonk vəfat etdi


Dünya 25 Noy 2020 14:36:00 168 0

Bonk vəfat etdi

Müəllim və dilçi, tələbələr üçün ingilis dili dərsliyinin müəllifi Natalya Bonk 96 yaşında Moskvada vəfat edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Maksim Qorki adına Ədəbiyyat İnstitutunun saytında məlumat verilib.

Onun 21 noyabrda vəfat etdiyi bildirilib.

"Natalya Aleksandrovna 1993-cü ildən bəri institutumuzda çalışan yeganə, misilsiz və ecazkar müəllim idi. Dərsliklərinin tədris olunduğu ingilis dili kurslarının rəhbəri idi. Onu tanıyan hər kəs onun günəşli təbəssümünü, yumor hissini və səxavətini heç vaxt unutmayacaq: biliklərini, həyat təcrübələrini bölüşməyə, çətin anlarda kömək etməyə hər zaman hazır idi", - universitetin mətbuat xidməti qeyd edib.

Bonk 1924-cü il iyulun 2-də Moskvada anadan olub. 1945-ci ildə Xarici Dillər Pedaqoji İnstitutunu bitirib. Müxtəlif dövrlərdə SSRİ Xarici İşlər Nazirliyinin kurslarında, Rusiya Xarici Ticarət Akademiyasında ingilis dilindən dərs deyib.