İŞİD Moskvada terror törətmək istədi VİDEO


Dünya 25 Noy 2020 13:37:00 141 0

İŞİD Moskvada terror törətmək istədi  VİDEO

Rusiyanın Federal Təhlükəsizlik Xidməti keçirilən əməliyyat nəticəsində Moskva vilayətində terror aktlarının qarşısını alıb.

Son.az Trend-ə istinadən bildirir ki, Moskvada və qonşu vilayətlərdə İŞİD terror təşkilatının mənsublarına qarşı xüsusi əməliyyatlar keçirilib.

Əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb. Bundan başqa, müxtəlif mənzillərdən partlayıcı maddələr, sənədlər və təbliğat materialları ələ keçirilib.

Həmin şəxslərin Moskvada və ətraf bölgələrdə terror aktları keçirməyi planlaşdırdığı bildirilib.