Gürcüstan əhalisi üçün COVID19 peyvəndi pulsuz olacaq


Dünya 25 Noy 2020 12:29:00 130 0

Gürcüstan əhalisi üçün COVID19 peyvəndi pulsuz olacaq

Hökumətin əldə edəcəyi koronavirusa qarşı peyvənd ölkə əhalisi üçün ödənişsiz olacaq.

Son.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı peyvəndi təsdiqləyəndən sonra preparat Gürcüstan üçün əlçatan olacaq.

Mərkəz rəhbəri preparatın Gürcüstana nə zaman çatdırılacağı ilə bağlı dəqiq tarixin hələ məlum olmadığını deyib.