Dünyada COVID19a yoluxanların sayı 60 milyonu ötüb
Dünya 25 Noy 2020 11:18:00 114 0
Dünyada COVID-19-a yoluxanların sayı 60 milyonu keçib.
Son.az APA-ya istinadən bildirir ki, bununla koronavirusa yoluxanları sayı 60 108 193-ə çatıb.
Məlumata əsasən, virusdan ölənlərin sayı 1 414 925, xəstəlikdən sağalanların sayı isə 41 556 897 nəfərdir.
Qeyd edək ki, koronavirusa yoluxma sayına görə, ilk üç yerdə ABŞ, Hindistan və Braziliyadır.
Mənbə: milli.az