Ukrayna hökuməti ölkədə təcridetmə tətbiq edə bilər


Dünya 25 Noy 2020 09:50:00 138 0

Ukrayna hökuməti ölkədə təcridetmə tətbiq edə bilər

Lokdaunun tətbiqinin Ukrayna iqtisadiyyatı üçün ciddi zərbə olmasına baxmayaraq, ölkədə COVID-19-a yoluxma hallarının kəskin artması halında belə qərar verilə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Ukrayna Prezidentinin müşaviri Oleq Ustenko "Ukrayna 24" efirində açıqlayıb.

Eyni zamanda, hökumət üçün ön planda əhalinin sağlamlığı məsələsinin olduğunu və bu vəziyyətdə ölkə iqtisadiyyatının arxa plana keçdiyini də əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynada virusla bağlı xoşagəlməz vəziyyət səbəbindən hökumətin COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyini və karantin səbəbindən zərər çəkən müəssisələri dəstəkləmək üçün yeni vasitələr tətbiq etdiyini söyləyib.

Xatırladaq ki, Ukraynada son bir gündə 12.287 yeni yoluxma qeydə alınıb.