Britaniya hökuməti işsizliklə mübarizə üçün 4,3 milyard funt sterlinq ayıracaq


Dünya 25 Noy 2020 08:33:00 137 0

Britaniya hökuməti işsizliklə mübarizə üçün 4,3 milyard funt sterlinq ayıracaq

Böyük Britaniya höküməti pandemiyanın iqtisadi böhranı nəticəsində artan kütləvi işsizliyin aradan qaldırılması üçün 4,3 milyard funt sterlinq (5,7 milyard dollar) ayıracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "PA" agentliyi dövlət xidmətlərinin göstərilməsinə yönəldiləcək hökumət xərclərinin ümumi icmalına istinadən bildirib.

Məlumata əsasən, bu məbləğin 2,9 milyard funt sterlinqi (3,9 milyard dollar) 1 milyondan çox işsizin əmək bazarına qayıtmasına kömək etmək üçün hazırlanmış üç illik "Restart" proqramına yönələcək. Bu proqram ilk növbədə bir ildən çoxdur ki, işsiz qalan insanlar üçün, xüsusilə həssas vəziyyətdə olan yaşlı bəhali qrupunun nümayəndələri üçün nəzərdə tutulacaq.

Digər 1,4 milyard funt sterlinq (1,9 milyard dollar) insanlara iş tapmaqda kömək edən dövlət agentliyi üçün əlavə maliyyələşdirməyə yönələcək.