COVID19: Fransada su samuru fermasında koronavirus aşkarlanıb
Dünya 25 Noy 2020 04:30:00 137 0
Fransada fəaliyyət göstərən 4 su samuru fermasından birində Ör-və-Luar (Eure-et-Loir) fermasında Sars-CoV-2 virusu yayılıb. Digər fermalarda da analizlər aparılır.
Su samuru insanı yenidən yoluxdura və hazırlanan peyvəndləri təsirsiz edə bilər.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fransanın Kənd Təsərrüfatı Nazirliyi həmin fermada 1000 su samurunun məhv edildiyini bildirib.
Su samurunun COVID-19 infeksiyasına yoluxması Danimarka, Niderland və İsveçdə daha çox müşahidə olunub. Fransada noyabrın ortalarından aparılan analizlərin nəticəsində Ör-və -Luar fermasında virusun dolaşdığı aşkarlanıb.
Mənbə: milli.az