Avstraliya ordusunun 9 hərbçisi İNTİHAR ETDİ


Dünya 25 Noy 2020 03:30:00 116 0

Avstraliya ordusunun 9 hərbçisi İNTİHAR ETDİ

Avstraliya ordusunda özünəqəsd hadisələri baş verib.

Son.az xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.

Bildirilib ki, Avstraliya hərbçilərinin Əfqanıstanda qətllərdə iştirakını təsdiqləyən hesabatın yayılmasından sonra son üç həftə ərzində 9 hərbçisi intihar edib.

İntihar edən hərbçilərdən 8-i kişi, 1-i qadındır. Bu, Avstraliyanın hərb tarixində ilk hadisə sayılır.

Qeyd edək ki, bir müddət əvvəl Avstraliya hərbçilərinin Əfqanıstandakı fəaliyyətinə dair hesabat dərc olunub. Sənədə əsasən, 2005-2016-cı illərdə Avstraliyanın xüsusi təyinatlıları tərəfindən 39 qətl törədilib. Qurbanlar arasında mülki vətəndaşlarla yanaşı, yerli əsgərlər də var.