Ermənistan Müdafiə Nazirliyində daha bir istefa
Dünya 24 Noy 2020 19:46:00 150 0
Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan vəzifəsindən istefa verib.
Bu barədə "Sputnik Ermənistan"a Müdafiə Nazirliyindəki mənbə məlumat verib.
Qeyd olunur ki, Qambaryan 2018-ci ilin mayından sözügedən postda fəaliyyət göstərib.
Xatırladaq ki, daha öncə Ermənistan müdafiə naziri David Tonoyan və müavini Qabriel Balayan da vəzifələrindən istefa vermişdi.
Mənbə: milli.az