Makar Qambaryan da istefa verdi


Dünya 24 Noy 2020 18:34:00 159 0

Makar Qambaryan da istefa verdi

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.

Son.az Trend-ə istinadən bildirir ki, nazir müavini istefa ərizəsini yazıb və bu gün işə çıxmayıb.

M.Qambaryan 2018-ci ilin mayından müdafiə nazirinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl müdafiə naziri David Tonoyan, ötən gün isə nazir müavini Qabriel Balayan istefa vermişdi.