"Kurtlar Vadisi”nin aktyoru vəfat etdi


Dünya 24 Noy 2020 18:08:00 146 0

"Kurtlar Vadisi”nin aktyoru vəfat etdi

Türkiyəli aktyor Devrim Parscan 83 yaşında vəfat edib.

Son.az Axşam.az-a istinadən istinadən xəbər verir ki, bu haqda Türkiyə Aktyorlar İttifaqından məlumat verilib. Qurumun Twitter səhifəsində aktyorun vəfatı ilə bağlı paylaşım edilib.

"Həmkarımız Devrim Parscan dünyasını dəyişib. Başda ailə üzvləri olmaqla bütün sevənlərinə baş sağlığı veririk. Başımız sağolsun" -deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Devrim Parscan  bu günə qədər bir çox populyar ekran işində rol alıb. Onlar arasında "Kurtlar Vadisi", "Bizim Aile" və "Çiçek Taksi" kimi seriallar var.