Litva Parlamenti yeni Baş naziri təsdiqlədi


Dünya 24 Noy 2020 17:44:00 123 0

Litva Parlamenti yeni Baş naziri təsdiqlədi

Litva Parlamenti İnqrid Şimonitenin ölkənin Baş naziri vəzifəsinə təyinatını təsdiqləyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 62 millət vəkili Şimonitenin namizədliyinin lehinə, 10-u əleyhinə səs verib, 41 nəfər bitərəf qalıb.

Qeyd edək ki, Şimonitenin Baş nazir vəzifəsinə namizədliyi hakim koalisiyaya daxil olan "Vətən Birliyi - Litvanın Xristian Demokratları", "Liberal Hərəkat" və "Azadlıq Partiyası" partiyaları tərəfindən irəli sürülüb.