PKKnın daha bir önəmli adamı məhv edildi


Dünya 24 Noy 2020 16:34:00 134 0

PKKnın daha bir önəmli adamı məhv edildi

PKK/KCK-nın "elçi"si, "Dıhlaz" kod adlı Hizrət Çalkın İraqın şimalında zərərsizləşdirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) məlumat yayıb. Qeyd edilib ki, axtarışda olan H. Çalkın Suriya və İraq arasında terrorist göndərilməsini təmin etmək məqsədilə iclas keçirib. MİT-in həyata keçirdiyi əməliyyat zamanı "elçi" və yanındakı digər terrorçular məhv edilib.

Qeyd olunur  ki, Çalkın terror təşkilatına 2011-ci ildə üzv olub, 2014-cü ilədək Türkiyədə fəaliyyət göstərib, daha sonra Suriyaya qaçıb.

O, 2017-ci ilədək Resulyandakı "Ağır Silahlar Taburu"nu idarə edib, ötən ildən terrorçu mübadiləsi ilə məşğul olmağa başlayıb.