İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi


Dünya 24 Noy 2020 16:24:00 116 0

İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi

İranda ötən sutka ərzində 13 721 nəfər koronavirusa (COVID 19) yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 880 542 nəfərə çatıb. Virus daşıyıcılarından 5 824 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 483 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 45 738 nəfərə yüksəlib.

Sadat Lari İranda indiyədək 617 715 nəfərin koronavirusdan sağaldığını deyib.