İlon Mask dünyada ən varlı ikinci şəxs oldu


Dünya 24 Noy 2020 16:29:00 160 0

İlon Mask dünyada ən varlı ikinci şəxs oldu

"SpaceX" şirkətinin təsisçisi və "Tesla"nın baş direktoru İlon Mask planetin ən varlı adamları sıralamasında ikinci pilləyə yüksəlib.

Son.az oxu.az-a istinadən bildirir ki, agentlik Maskın sərvətini 127,9 milyard dollar qiymətləndirir. Bu il ərzində onun sərvəti 100,3 milyard dollar artıb, hansı ki, bu da "Bloomberg"in indiyədək qeyd etdiyi illik rekord artımdır.

Mask 127,7 milyard dollar kapitalı olan Bill Qeytsi geridə qoyub.

"Amazon"un qurucusu Jeff Bezos isə 182 milyard dollarlıq sərvəti ilə hələ də böyük üstünlüklə reytinqdə birincidir.