Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"


Dünya 24 Noy 2020 15:36:00 151 0

Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"

Bu ilin ilk doqquz ayında Rusiya ilə Türkiyə arasındakı ikitərəfli ticarət dövriyyəsi 14 mlrd. ABŞ dollar təşkil edib.

Son.az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Pandemiyaya baxmayaraq, bu ilin ilk 9 ayında Rusiya Federasiyası ilə ikitərəfli ticarət dövriyyəsinin həcmi 14 mlrd. dollar təşkil edib, qəbul etdiyimiz rusiyalı turistlərin sayı isə oktyabrda 1,9 milyona çatıb. Bu, ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisidir", - M. Çavuşoğlu qeyd edib.

Nazirin sözlərinə görə, Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir: "8 yanvarda açdığımız "Türk axını" qaz kəməri və 2023-cü ildə istismara verməyi hədəflədiyimiz "Akkuyu" nüvə elektrik stansiyası kimi layihələr ikitərəfli əlaqələrin əsas brendləridir".