Tiqran Xaçatryan da istefa verdi


Dünya 24 Noy 2020 15:30:00 147 0

Tiqran Xaçatryan da istefa verdi

Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan da istefa verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu nazirliyin mətbuat katibi də təsdiq edib.

T.Xaçatryan son bir neçə həftə ərzində istefaya gedən 6-cı nazir olub.

Ermənistan Dağlıq Qarabağda kapitulyasiya sənədini imzaladıqdan sonra müdafiə, xarici işlər, sosial müdafiə, təhsil və ədliyyə nazirləri istefa verib.