Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb


Dünya 24 Noy 2020 14:02:00 150 0

Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb

Ermənistanın sabiq müdafiə nazirinin müavini Astvatsatur Petrosyan ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, 67 yaşlı generalın ölümünü oğlu Sipan Petrosyan elan edib.

Qeyd edək ki, A.Petrosyan 1992-ci ildə Ermənistan müdafiə nazirinin köməkçisi təyin olunub. O, birinci Qarabağ müharibəsində iştirak edib. Daha sonra, 1993-cü ildən 2000-ci ilədək müdafiə nazirinin müavini olub.

Sonralar isə fövqəladə hallar nazirinin müavini təyin edilib.