Müharibə vaxtı Paşinyanın deputatları ABŞa qaçmaq istəyib


Dünya 24 Noy 2020 13:35:00 139 0

Müharibə vaxtı Paşinyanın deputatları ABŞa qaçmaq istəyib

Dağlıq Qarabağda 44 günlük müharibə zamanı Ermənistanda hakim "Mənim addımım" partiyasının bir sıra deputatı və digər vəzifəli şəxslər ABŞ səfirliyinə viza almaq üçün müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri yazır.

Viza üçün müraciət edənlərin şəxsiyyətləri açıqlanmasa da, onların böyük əksəriyyətinə viza verilməsində imtina edildiyi deyilir.

Analoji müraciətlərin Avropa səfirlikilərinə də edildiyi bildirilib.