Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var


Dünya 24 Noy 2020 08:43:00 146 0

Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var

Nikaraquın Vaslala bələdiyyəsində yük maşını dərəyə aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində azı 16 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.

Bildirilir ki, bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, qəzaya səbəb yük maşınının əyləc sistemində problemin olması olub.