Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə AİABŞ münasibətlərini müzakirə ediblər


Dünya 24 Noy 2020 08:53:00 116 0

Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə AİABŞ münasibətlərini müzakirə ediblər

Avropa Komissiyasının və Avropa Şurasının sədrləri Ursula fon der Lyayen və Şarl Mişel ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenlə telefon danışığı zamanı Aİ-ABŞ münasibətlərini müzakirə ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ursula fon der Lyayen və Şarl Mişel öz "Twitter" hesablarında yazıblar.

Şarl Mişel bildirib: "Gəlin güclü Aİ-ABŞ ittifaqını bərpa edək. Yeni seçilmiş prezident Baydenlə danışdım və onu gələn il Brüsseldə keçiriləcək 27 Aİ ölkəsinin xüsusi görüşünə dəvət etdim. İndi COVID-19, iqlim dəyişikliyi, təhlükəsizlik sahəsində güclərimizi birləşdirməyin tam vaxtıdır".

Şarl Mişel öz nəvbəsində yeni seçilmiş ABŞ prezidenti C.Baydenlə danışmaqdan məmnun olduğunu qeyd edib: "Mən onu qələbə münasibətilə təbrik etdim. Bu, Aİ-ABŞ qlobal tərəfdaşlığı üçün yeni bir başlanğıcdır. Güclü birgə fəaliyyət əməkdaşlıq, çoxtərəflilik, həmrəylik və ortaq dəyərlərə əsaslanan qlobal gündəm formalaşdıra bilər".