Altı aydan çoxdur ki, koronavirusdan ölənlər NyuYork morqlarında saxlanılır


Dünya 24 Noy 2020 08:58:00 122 0

Altı aydan çoxdur ki, koronavirusdan ölənlər NyuYork morqlarında saxlanılır

ABŞ-ın Nyu-York şəhərində koronavirusdan vəfat etmiş təxminən 650 şəxsin cəsədi yaz mövsümündən bəri morqlarda saxlanılır.

Bu barədə "The Wall Street Journal" dərgisi məlumat yayıb.

Mənbə yazır ki, ölənlərin çoxunun cəsədləri qohumları tapılmadığından və ya dəfn üçün ödəniş edilmədiyindən hələ də orada saxlanılır.

Qeyd olunur ki, məhkəmə tibbi ekspertləri mərhumların yaxınlarını axtarmağa davam edirlər.