BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək


Dünya 24 Noy 2020 07:55:00 145 0

BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək

BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti Dağlıq Qarabağda xüsusi missiyasının yerləşdirilməsi üçün dekabr ayının əvvəlində burada lazımi yardımın qiymətləndirilməsinə başlamağı planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a BMT-nin Sülhməramlı Əməliyyatları Departamentinin rəsmi nümayəndəsi bildirib.

Rəsmi nümayəndə deyib: "BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti tərəflərin istəyi və BMT-nin digər bölmələri, yerdəki ölkə nümayəndələri ilə koordinasiyada təcili olaraq Dağlıq Qarabağda missiyanın yerləşdirilməsi üzərində işləyir. Ehtimal ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq".