Hindistanda ötən sutka COVID19a 44 min yoluxma qeydə alınıb


Dünya 23 Noy 2020 21:40:00 148 0

Hindistanda ötən sutka COVID19a 44 min yoluxma qeydə alınıb

Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 44 min 404 min yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 9 milyon 140 minə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən gün COVID-19 infeksiyası səbəbindən 510 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 133 min 773-ə çatıb.

Nazirlik hazırda ölkədə 445 min aktiv xəstənin olduğunu açıqlayıb.

Qeyd edək ki, Hindistan yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından 3-cü sıradadır. Son günlər xüsusən paytaxt Dehlidə gündəlik yoluxma sayının sürətlə çoxalması səbəbindən şəhərdə karantin rejimi sərtləşdirilib. Bura karantin qaydalarının pozulmasına dair cərimələrin məbləğinin artırılması, qapalı məkanlara adam sayına məhdudiyyətin qoyulması da daxildir.