İranda koronavirusdan ölənlərin sayı 45 mini keçib


Dünya 23 Noy 2020 15:25:00 158 0

İranda koronavirusdan ölənlərin sayı 45 mini keçib

İranda ötən sutka ərzində 453 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 45 255 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 12 460 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 866 821 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 812 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari İranda indiyədək 610 406 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda indiyədək 5,82 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 27 vilayətin qırmızı, 4 vilayətin isə narıncı zona olduğunu deyib.