“Əl Qaidə” liderinin öldüyü iddia olunur


Dünya 23 Noy 2020 14:41:00 123 0

“Əl  Qaidə” liderinin öldüyü iddia olunur

"Əl - Qaidə" terror təşkilatının mövcud lideri Ayman əz-Zəvahiri Əfqanıstanda vəfat edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Arab News" Pakistan və Əfqanıstandan olan mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 69 yaşlı terrorçu anidən dünyasını dəyişib. Onun koronavirusa yoluxması barədə məlumatlar olsa da, bu, dəqiqləşdirilməyib.

Səhhətində uzun zamandır problem olan Zəvahiri sonuncu dəfə 11 sentyabr tarixində insanlara məktub ünvanlayıb.

ABŞ rəsmiləri isə "Associated Press"ə açıqlamasında bildirib ki,  ölüm xəbərinin doğru olub-olmadığını müəyyənləşdirirlər.