Gürcüstan yoluxma sayında rekordu yenilədi


Dünya 23 Noy 2020 13:35:00 162 0

Gürcüstan yoluxma sayında rekordu yenilədi

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 958 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 108 690 nəfərə, ölənlərin sayı isə 1 012 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 89 170 nəfərin sağaldığı bildirilir.