Türkiyədə koronavirus peyvəndi pulsuz olacaq


Dünya 23 Noy 2020 12:57:00 163 0

Türkiyədə koronavirus peyvəndi pulsuz olacaq

Türkiyədə vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənməsi pulsuz olacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, Çinin peyvənd istehsal edən "Sinovac" şirkəti ilə danışıqlar başa çatıb və ilkin mərhələdə 10 milyon doza peyvənd sifariş edilib.

Nazir deyib ki, ilkin olaraq tibb işçiləri, daha sonra isə xroniki xəstəlikləri olan və digər risk qrupundakı şəxslər peyvənd olunacaq.

F. Qoca Türkiyədə yerli peyvəndin sınaqlarının uğurlu olduğunu da vurğulayıb.