Misirdə 6 ölkə birgə hərbi təlimlərə başladı


Dünya 23 Noy 2020 09:22:00 141 0

Misirdə 6 ölkə birgə hərbi təlimlərə başladı

Misirdə altı ölkənin iştirakı ilə "Ərəblərin Qılıncı" adlanan birgə hərbi təlimlər başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Sudanın iştirak etdiyi hərbi təlimlər 26 noyabra qədər davam edəcək.

Quru qoşunlaırn, hava və dəniz qüvvələrinin təlimləri Matruh əyalətindəki Mohamed Nagib hərbi bazasında və şimal hərbi komandanlığı qərarlaşan bölgələrdə təşkil ediləcək.

Təlimlərin Misirlə digər ərəb ölkələrinin hərbi əlaqələrini inkişaf etdirmək və gücləndirmək üçün hazırlandığı və ərəb dünyasında keçirilən ən qenişmiqyaslı olduğu bildirilir.