Moskvada koronavirusdan daha 71 nəfər ölüb


Dünya 23 Noy 2020 08:12:00 131 0

Moskvada koronavirusdan daha 71 nəfər ölüb

Rusiyanın paytaxtında yeni növ koronavirusa yoluxma hallarının sayı ötən sutka ərzində 7 168 olmaqla 547 138 nəfərə yüksəlib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda həmçinin deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 71 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 379 nəfərə çatıb.