"Türk Ulduzları"ndan möhtəşəm şou FOTO


Dünya 22 Noy 2020 23:34:00 167 0

"Türk Ulduzları"ndan möhtəşəm şou  FOTO

Türkiyə Hava Qüvvələrinin "Türk Ulduzları" aerobatik komandası "Mardinin şərəf günü" tədbirləri çərçivəsində nümayiş uçuşu edib.

Son.az xəbər verir ki, şou zamanı onlar sıradan çıxıb və dünyada ilk akrobatik hərəkəti ediblər.

7 təyyarədən ibarət olan heyət Mardin səmalarında Türkiyə bayrağının rəmzi olan aypara ulduz çəkərək insanları salamlayıb.

"Türk Ulduzları"nın nəfəskəsən şousu tarixi binalarla gözəl görüntü yaradıb. Təxminən 30 dəqiqə davam edən şounu insanlar tarixi binaların və evlərin damlarında cib telefonları və kameralarla görüntüləyiblər. (publika.az)