Bill Qeytsdən yeni pandemiya ANONSU: "Belə axmaq olmayacağıq"


Dünya 22 Noy 2020 23:25:00 163 0

Bill Qeytsdən yeni pandemiya ANONSU: "Belə axmaq olmayacağıq"

"Microsoft" şirkətinin qurucusu, iş adamı Bill Qeyts yeni pandemiyanın meydana çıxacağı ilə bağlı bəşəriyyəti xəbərdar edib.

Son.az xəbər verir ki, milyarder aktrisa Raşida Cons və ABŞ-ın baş infeksionisti Entoni Faucla koronavirus pandemiyasını və COVID-19-un meydana gətirdiyi dəyişiklikləri müzakirə edib.

Söhbət əsnasında Cons ondan yeni pandemiya barədə soruşub. "Bəli. Bu, iyirmi ildən sonra baş verərsə, şanslıyıq", - deyə Qeyts cavab verib. O, bunun daha erkən - üç ildən sonra baş verə biləcəyi ilə bağlı bir ssenarinin olduğunu da diqqətə çatdırıb. Buna baxmayaraq, Qeyst növbəti dəfə pandemiyaya hazır olmağı məsləhət görüb: "İkinci dəfə biz belə axmaq olmayacağıq".

Milyarder infeksiyanın zəifləməsinin peyvənd istehsalının artması ilə əlaqədar olacağını söyləyib. Bəşəriyyət yalnız bundan sonra "tunelin sonunda işıq" görəcək. (publika.az)