Qalstyan: "Paşinyan alçaldılmış erməni dövlətçiliyinin rəmzidir"


Dünya 22 Noy 2020 17:06:00 136 0

Qalstyan: "Paşinyan alçaldılmış erməni dövlətçiliyinin rəmzidir"

Nikol Paşinyan nəinki məğlubiyyətimizin, xəyanətimizin, həm də alçaldılmış dövlətçiliyimizin rəmzidir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu "Daşnaksütyun" Erməni İnqilabi Federasiyası Ali Şurasının üzvü Lilit Qalstyan "Facebook" səhifəsində yazıb.

"Mən Nikola baxıram. O, solğun və bədbəxt sifəti, qorxmuş səsi ilə Rusiya nümayəndə heyətinə nəsə deməyə çalışır. Bu məqamda Nikol nəinki məğlubiyyətimizin, xəyanətimizin, həm də alçaldılmış dövlətçiliyimizin rəmzidir", - o, baş naziri istefa verməyə çağırıb.