Rusiyada son sutkada 467 nəfər koronavirusdan öldü


Dünya 22 Noy 2020 13:51:00 171 0

Rusiyada son sutkada 467 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 24 581 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 089 329 nəfərə çatıb.

Son sutka ərzində 467 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 36 179 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.