Məşhur qadın narkobaron həbs edildi


Dünya 22 Noy 2020 11:21:00 158 0

Məşhur qadın narkobaron həbs edildi

Bir neçə ildir Polşa məhkəməsi tərəfindən beynəlxalq axtarışa verilən Maqdalena Kralka, nəhayət ki, Slovakiyada həbs edilib.

Son.az musavat.com-a istinadən bildirir ki, qadın narkobaron həbs ediləndən dərhal sonra Polşaya gətirilib.

Öz gözəlliyi ilə daim diqqət çəkən Maqdelina Polşada 65 kq marixuana və kokain satmaqda təqsirləndirilirdi. Polis onu tapmaq üçün sosial media üzərindən də axtarış elan etmişdi. Məlumata görə Maqdelina 2017-ci ildə sevgilisinin həbsindən sonra narkobandaya rəhbərlik etməyə başlayıb. Narkotik vasitələrin satışını həyata keçirən qadın polisdən qaçmağı bacarıb və ilk olaraq Macarıstana, oradan isə Slovakiyaya keçib. İnterpol onun izlərini ilk olaraq Budapeştdə aşkarlayıb. Axtarışdan duyuq düşən Maqdelina sonradan Sovakiyaya qaçıb və burada ələ keçib. Maqdalena Kralka Polşada ədalətli mühakimə edilməyəcəyini deyərək, Slovakiyadan sığınacaq istəyib. Lakin Slovakiya dövləti müraciəti rədd edib və onu Polşaya təhvil verəcəyini bəyan edib. Yayılan məlumatda o da qeyd edilib ki, narkobaron qadın bazar ertəsi məhkəmə qarşısına çıxarılacaq.