Kolumbiyada avtobus uçuruma aşdı:


Dünya 22 Noy 2020 10:16:00 176 0

Kolumbiyada avtobus uçuruma aşdı:

Kolumbiyanın şərqində baş verən yol qəzasında azı dörd nəfər hadisə yerində ölüb, 17 nəfər yaralanıb. 

APA xəbər verir ki, bu barədə La FM radiosu məlumat yayıb. 

Bildirilib ki, hadisə şənbə günü səhər saatlarında La Esperanza bələdiyyəsinin ərazisindən baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq uçuruma aşıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı istintaq başladılıb.