"Varlılar da ağlayır"ın aktrisası vəfat etdi


Dünya 22 Noy 2020 09:31:00 148 0

"Varlılar da ağlayır"ın aktrisası vəfat etdi

"Vəhşi Gül", "Varlılar da ağlayır" seriallarında rol alan meksikalı aktrisa Maleni Morales vəfat edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Meksika Aktyorları Milli Assosiasiyasının "Twitter" hesabında məlumat verilib.

"Milli Aktyorlar Birliyi olaraq, bu gün dünyasını dəyişən həmkarımız, Milli Assosiasiya üzvü Maleni Moralesin vəfatından təəssüflənirik. Onun həyat yoldaşı Otto Sirqoya, onun ailəsinə və dostlarına başsağlığı veririk", - məlumatda bildirilib.

Qeyd edək ki, Morales aktyor Otto Sirqo ilə 45 ildən çoxdur ki, evli idi.