ABŞ Yaxın Şərqə strateji bombardmançı təyyarələr göndərib


Dünya 22 Noy 2020 09:05:00 154 0

ABŞ Yaxın Şərqə strateji bombardmançı təyyarələr göndərib

ABŞ noyabrın 21-i Yaxın Şərqə "B-52H" strateji bombardmançı təyyarələr göndərib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (SENTKOM) bildiriblər.

Məlumatda deyilir: "Şimali Dakotada ştatındakı Mayno hərbi hava qüvvələri bazasında yerləşən beşinci eskadrilyanın B-52H Stratofortress ekipajları təcavüzkarlığı dayandırmaq, həmçinin ABŞ-ın tərəfdaşlarına və müttəfiqlərinə dəstəyini təsdiqləmək üçün noyabrın 21-də operativ şəkildə Yaxın Şərqə uçuş həyata keçiriblər".

Komandanlıqdan bildirilib ki, uçuş fasiləsiz həyata keçirilib və ABŞ Hərbi Hava Qüvvələrinin öz qüvvələrini dünyanın hər hansı bir yerində sürətli bir şəkildə yerləşdirmə və əməliyyatların gedişatına inteqrasiya etmə qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyıb.