İspaniya əhalisinin əksəriyyəti gələn ilin iyul ayınadək...


Dünya 22 Noy 2020 06:30:00 161 0

İspaniya əhalisinin əksəriyyəti gələn ilin iyul ayınadək...

İspaniyanın Baş naziri Pedro Sançes bəyan edib ki, artıq onun ölkəsi Almaniya ilə birlikdə Avropa İttifaqında ilk olaraq 2021-ci ilin iyul ayınadək əhalinin böyük əksəriyyətini peyvənd etməyə tam hazırdır. Koronavirus əleyhinə peyvənd kampaniyası gələn çərşənbə axşamı Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Pedro Sançes İspaniya iqtisadiyyatının "La-Rioxa" Muxtar İcmasında bərpa, transformasiya və dayanıqlılıq planının təqdimatı zamanı məlumat verib.

İspan hökumətinin başçısı onu da söyləyib ki, yeni mütəxəssislərin hazırlanması və bütün muxtar icmalarda səhiyyə xidmətinin gücləndirilməsi məqsədilə tibb universitetlərində təhsil yerlərinin sayının daha 10 min nəfər artırılması planlaşdırılır.

İspaniya, COVID-19 pandemiyasından ən çox zərər çəkmiş ölkələrdən biridir. Qeyd edək ki, ölkədə 1 milyon 541 min 574 koronavirusa yoluxma faktı aşkarlanıb, 42 min 291 nəfər isə bu xəstəlikdən həyatını itirib.