Rusiyada yarasalarda naməlum koronavirus növləri tapıldı


Digərləri 30 Okt 2020 21:59:00 156 0

Rusiyada yarasalarda naməlum koronavirus növləri tapıldı

Rusiya Federal Virusologiya və Mikrobiologiya Mərkəzinin direktoru Denis Kolbasov bildirib ki, Rusiyada uçan yarasalarda bir neçə növ yeni koronavirus aşkarlayıblar.

Son.az xəbər verir ki, alim insanın onlardan yoluxa biləcəyini istisna etmir. Əgər insan onların ətini yeyərsə, nəcisinə toxunarsa, yoluxa bilər.

Yarasalara toxunmaq, sonra həmin əlləri gözə, ağıza toxundurmaq yoluxmaya zəmin yaradır.

Səthi olaraq virus nəcislə keçə bilər.

Rusiyada olan yarasalarda bir neçə növ koronavirus olduğu məlumdur. Qeyd edək ki, koronavirusun 49 növü var.

Mütəxəssislər bildirir ki, Yuhan koronavirusu yarasadan keçdiyi üçün ərazisində yarasa çox olan regionların əhalisi ehtiyatlı olmalıdır.