500dən çox türkiyəli həkim Azərbaycana gəlmək istəyir


Digərləri 30 Okt 2020 21:02:00 155 0

500dən çox türkiyəli həkim Azərbaycana gəlmək istəyir

Yüzlərlə türkiyəli həkim işğal altındakı Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlarda yaralanmış əsgərlərə kömək etmək üçün Azərbaycana gəlməyə hazırdır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türk Həkimləri Dərnəyi məlumat yayıb. Bildirilib ki, artıq bununla bağlı 504 həkim Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edib.

Qeyd olunub ki, həkimlərin məlumatlarının toplandığı anketlər Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayevaya təqdim edilib.